201-ci gün: Rusiyanın itkiləri açıqlandı

201-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 201-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 52 950 hərbçi, 2168 ədəd tank, 4 640 ədəd zirehli döyüş maşını, 1 269 ədəd artilleriya sistemi, 311 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 162 hava hücumundan müdafiə sistemi, 243 ədəd hərbi təyyarə, 213 ədəd helikopter, 3 463 ədəd avtomobil texnikası, 903 ədəd PUA, 216 qanadlı raket, 15 gəmi/qayıq, 117 xüsusi avadanlıq itirib.

Teqlər: