Şimali Koreyada qızdırma əlamətləri olan xəstələrin ümumi sayı 2,46 milyona çatıb

Şimali Koreya hakimiyyəti son sutka ərzində ən azı 219 030
nəfərdə qızdırma əlamətləri aşkarlayıblar, aprelin sonundan bəri
koronavirusun yayılması fonunda belə halların ümumi sayı 2,46
milyon nəfərdən çox olub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya
Mərkəzi Teleqraf Agentliyinə istinadən bildirib.

Məlumata əsasən, qızdırma halları olan xəstələrin ümumi sayından
1,76 milyon nəfər sağalıb, 692 mini müalicə olunur. Son 24 saat
ərzində 1 nəfər ölüb, bununla da ümumi ölənlərin sayı 66-ya
çatıb.