Suriyanın HHM sistemləri Dəməşq əyalətində İsrailin hücumunu dəf edib

Suriyanın hava hücumundan müdafiə sistemləri Dəməşq əyalətində
İsrail silahlı qüvvələrinin hücumunu dəf edib və bir neçə İsrail
raketini vurub.

AzerTimes-ın
məlumatına görə, bu barədə Suriyanın “Al Ekhbariya” telekanalı
bildirib.

Öz növbəsində, “Sham FM” radiostansiyası hücum nəticəsində
Dəməşq hava limanı ərazisində yanğının baş verdiyini bildirib. Qeyd
olunub ki, iki reys təxirə salınıb.