İsrailin Suriyaya hücumu nəticəsində 3 nəfər həlak olub

Suriyanın Dəməşq vilayətində İsrailin hücumu nəticəsində 3 nəfər
həlak olub.

AzerTimes-ın
məlumatına görə, bu barədə “SANA” dövlət agentliyi xəbər verib.

Bildirilib ki, İsrail Silahlı Qüvvələri “yer-yer” raketlərindən
istifadə etməklə Dəməşqin cənubunda bir neçə məntəqəyə hücum
edib.

Hücum nəticəsində 3 nəfərin həlak olduğu, müəyyən qədər maddi
ziyan dəydiyi qeyd edilib.