Şimali Koreya Yaponiya dənizi istiqamətində ballistik raket atıb

Şimali Koreya Yaponiya dənizi istiqamətində ballistik raket
atıb.

Trend “Yonhap”
agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın
Qərargah Rəisləri Birləşmiş Komitəsi məlumat yayıb.

Bildirilir ki, hazırda qurum müvafiq araşdırmalar aparır.
Raketin neytral sularda düşdüyü ehtimal edilir.