Rusiyada ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər arasında uşaqlar var

Rusiyanın Rostov vilayətində “Mercedes” markalı miniven və “VAZ”
markalı minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat
hadisəsi baş verib.

Trend xəbər
verir ki, bu barədə Yol Hərəkəti Təhlükəsizliyi Dövlət
Müfəttişliyinin vilayət üzrə idarəsi məlumat yayıb.

Qeyd olunur ki, qəza nəticəsində üçü azyaşlı olmaqla altı nəfər
həyatını itirib.

“İlkin məlumata görə, “VAZ” markalı avtomobilin sürücüsü əks
istiqamət zolağına çıxaraq “Mercedes” markalı minivenlə
qarşı-qarşıya toqquşub”, – İdarədən bildirilib.

Ölənlər minik avtomobilinin sürücüsü və beş sərnişindir. Bundan
əlavə, minivendə olan 4 nəfər xəsarət alıb.

Hazırda hadisənin dəqiq başvermə səbəbləri araşdırılır.

Teqlər: