Şimali Koreya Pungeri nüvə poliqonunda tunelin bərpası üçün
əvvəllər başladığı işləri davam etdirirb.
Trend xəbər verir ki, “Yonhap” agentliyi bu barədə “Open Nuclear
Network” qeyri-hökumət təşkilatının ekspertlərinin hesabatına
istinadən xəbər verir.
Martın 24-dən aprelin 6-dək zaman kəsiyində çəkilmiş kommersiya
peyk görüntülərinə əsaslanan hesabatda deyilir ki, KXDR 3 №-li
girişini tapıb və onun bərpasnna başlayıb.
Poliqonda 2018-ci ildə dağıdılmış dörd tunel var. Söküntü işləri
kiçik bir qrup dəvət olunmuş xarici jurnalistlərin iştirakı ilə
aparılıb.
Bundan əvvəl Cənubi Koreya kəşfiyyatı poliqonda aparılan bərpa
işləri barədə məlumat vermişdi. Onun sözlərinə görə, iş KXDR-in
nüvə sınağı partlayışına hazırlığını göstərə bilər.