Rusiyada baş vermiş yanğında iki azyaşlı həlak olub

Rusiyanın Novosibirsk vilayətinin Nizovka qəsəbəsində fərdi evdə
baş verən yanğın iki uşağın həyatına son qoyub, faktla bağlı
cinayət işi açılıb.

Trend “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə Rusiya
Təhqiqat Komitəsinin yerli idarəsi məlumat yayıb.

Qeyd olunur ki, yanğın söndürüləndən sonra evdən 16 yaşlı qız və
14 yaşlı oğlan uşağının cəsədləri aşkar edilib, 11 yaşlı qız isə
yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, ailə başçısı evdə alkoqol təsiri altında
olub və heç bir xəsarət almayıb.

Hadisə ilə bağlı onun barəsində Rusiya CM müvafiq maddəsi ilə
cənayət işi başlanılıb, məhkəmə-tibbi və yanğın-texniki
ekspertizlar təyin olunub.

Teqlər: