Rumıniyanın keçmiş turizm naziri Bolqarıstanda saxlanılıb

Bolqarıstan polisi korrupsiya ittihamı ilə altı il həbsə məhkum
edilən Rumıniyanın keçmiş turizm naziri Yelena Udryanı
saxlayıb.

Trend xəbər verir ki, aprelin 7-də yerli polisə Rumıniya
hüquq-mühafizə orqanlarından təcili müraciət edərək, Bolqarıstan
ərazisində avtomobilin və içərisində olan şəxslərin, o cümlədən
keçmiş nazirin tapılmasında kömək istəyib.

Udrya “Kulata” keçid məntəqəsi yaxınlığında saxlanılıb.

Rumıniya xüsusi xidmət orqanlarının məlumatına görə, Udrya
vəzifəsində olarkən müxtəlif şirkətlərdən 1,1 milyon avrodan çox
rüşvət alıb. Sabiq nazir barəsində ekstradisiya prosesi
başlanacaq.