Şimali Koreya ballistik raketin sınaqlarını həyata keçirib

Şimali Koreya bu gün səhər saatlarında növbəti dəfə ballistik
raketin sınaqlarını həyata keçirib.

Trend-in
məlumatına görə, bu barədə Yaponiyanın sahil mühafizə xidməti
bildirib.

Qeyd olunur ki, raketin Yapon dənizi istiqamətində buraxıldığı
ehtimal edilir. Hazırda raketin düşmə nöqtəsi ilə bağlı
dəqiqləşdirmə aparılır.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya bu
ilin əvvəlindən10-dan çox raket buraxılışı, o cümlədən qitələrarası
ballistik raket sınağı həyata keçirib.