70 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində
törədilmiş 70 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-dən AzerTimes-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı
qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu
şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyəti üzrə
təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45
fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Teqlər: