“Shell” Rusiyanın neft və qaz bazarından çıxır

Xəbər - Ləman Zeynalova – Trend:

“Shell plc” bu gün Rusiyanın neft-qaz bazarından tədricən çıxmaq
niyyətini açıqlayıb.

AzerTimes-ın şirkətə istinadən verdiyi məlumata görə, dərhal ilk
addım olaraq şirkət Rusiya xam neftinin bütün spot alışlarını
dayandıracaq. “Shell”, həmçinin yanacaqdoldurma məntəqələrini
bağlayacaq, Rusiyada aviasiya yanacağı və sürtkü yağlarının
istehsalını mərhələli şəkildə dayandıracaq.

“Biz yaxşı bilirik ki, keçən həftə benzin və dizel yanacağı kimi
məhsulların emalı üçün Rusiya xam neftinin partiyasını almaq
qərarımız, tədarükün təhlükəsizliyini nəzərə alaraq qəbul edilmiş
olsa da, səhv qərar idi və biz üzr istəyirik”, – deyə Shell-in baş
direktoru Ben van Beurden bildirib.

Teqlər: