Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası aparılacaq – MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.

Müdafiə Nazirliyindən AzerTimes-a bildirilib ki, döyüş sursatlarının
utilizasiya prosesi 04.04.2022-ci il tarixdən 09.04.2022-ci il
tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək.

Teqlər: