FHN: Ötən gün 92 yanğına çıxış olub (VİDEO)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən
Trend
-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin
“112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında
Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 92
yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5
nəfər xilas edilib.

Teqlər: