Saxlanılan şəxsdən narkotik və saxta pullar aşkarlandı

Polis əməliyyat keçirdi – saxlanılan şəxsdən narkotik və saxta
pullar aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Şirvan Şəhər Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən Bakı şəhər sakini Anar Xanzadə Şirvan şəhəri ərazisində
saxlanılaraq polis şöbəsinə gətirilib.

Burada onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan
heroin, eləcə də 81 ədəd saxta 100 dollarlıq və 15 ədəd saxta 100
manatlıq əskinaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs
barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: