Səyahətini “Nar”ın Rouminq18 paketi ilə salamla!

Yaxınlarınızla daim ünsiyyətdə qalmaq, çevik mobil rabitə
xidmətlərindən istifadə etmək üçün “Nar” müxtəlif və sərfəli
rouminq paketləri təqdim edir.

Səyahət zamanı daha çox mobil internetə ehtiyacınız varsa,
“Rouminq 18” paketini sifariş etməklə 1GB mobil internet, həmçinin,
pulsuz “WhatsApp” yazışmalarından faydalana biləcəksiniz. “Rouminq
18” paketini “Nar+” tətbiqində müvafiq bölmədən və ya *777#718#YES
kodunu yığmaqla aktivləşdirə bilərsiniz.

Balansınızı hətta xaricdə olarkən də nəzarətdə saxlamaq,
internet istifadəsini yoxlamaq, yeni paket sifariş etmək və digər
nömrə əməliyyatları üçün “Nar+” tətbiqi səfərinizə rahatlıq
qatacaq.

Qeyd edək ki, paketlər həm səfərdən öncə, həm də səfər
müddətində sifariş oluna bilər. Rouminq paketləri ilə bağlı daha
ətraflı məlumatı nar.az/roaming-packages səhifəsindən əldə edə
bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci
ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda
telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını
təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə
verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə
lider mobil operatordur.

Teqlər: