Şəhid Arəstə Baxışovanın xatirəsinə həsr olunan şahmat turniri keçirilib (FOTO)

Xaçmaz rayonunda Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə
Baxışovanın xatirəsinə həsr olunan şahmat turniri keçirilib.

Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi hissədə çıxış edən
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel Nürəddinova
və digər natiqlər turnirin əhəmiyyətindən danışıb.

Daha sonra Arəstə Baxışovanın həyatından bəhs edən qısa metrajlı
film nümayiş olunub. Qızlar və qadınlar arasında keçirilən turnir 6
yaş kateqoriyasını əhatə edib. Turnirdə Xaçmaz, Quba, Qusar, Şabran
və Siyəzəndən olan 130-a yaxın iştirakçı gücünü sınayıb.

Sonda qaliblər kubok, medal və sertifikatla təltif edilərək
turnirin Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Teqlər: