Səudiyyə diplomatlarını Əfqanıstandan çıxardı

Səudiyyə diplomatlarını Əfqanıstandan çıxardı

Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşları Əfqanıstanı tərk edərək ölkəyə qayıdıblar.

AzerTimes xəbər verir ki, bu barədə əfqan mətbuatı məlumat yayıb.

Məlumata görə, fevralın 1-də Əfqanıstanın “Kam Air” avia şirkəti Səudiyyə səfirliyinin əməkdaşlarını Kabidən Ər Riyada aparıb.

Bildirilib ki, diplomatik missiyanın əməkdaşlarının ölkəni tərk etməsinə səbəb Talibanın onlara öz vəzifələrini yerinə yetirməyə icazə verməməsi olub.

Teqlər: