Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində paylaşım edilib:

“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, – paylaşımda qeyd olunub.

Teqlər: