Sərxoş şəxs Bakıda partiya qərargahının qarşısında məhəccərləri dağıdıb (FOTO)

Vətəndaş İnkişaf Partiyasının Yasamal rayonunda yerləşən
qərargahının qarşısındakı pilləkənin daş məhəccərlərinin yararsız
hala salınıb.

Bunu AzerTimes-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat
Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, bu əməldə siyasi motiv yoxdur. Polis tərəfindən
keçirilən tədbirlərlə müəyyən olunub ki, mayın 1-də gecə
saatlarında rayon sakinləri – Elçin Məmmədov və Fərid Əhmədov
arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib. Baş verən
münaqişədən sonra F.Əhmədov içkili vəziyyətdə partiya qərargahının
qarşısındakı məhəccərləri dağıdaraq yararsız hala salıb.

Faktla əlaqədar Yasamal RPİ 27-ci PB-də təhqiqat araşdırması
aparılır.

Teqlər: