Sabahdan birinci siniflərə şagird qəbulu başlayır

Sabahdan 2022-2023-cü tədris ili üzrə ümumi təhsil
müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır.

Bu barədə AzerTimes-aTəhsil Nazirliyindən məlumat verilib.

Belə ki, qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı
vasitəsilə aparılacaq.

Azərbaycan bölməsi üzrə məktəb seçimi prosesinə mayın 6-dan
başlanılacaq. Bu tarixindən dövlət ümumi təhsil müəssisələrinin
tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı
müsahibəyə yazılmaq üçün qeydiyyat prosesinə də start veriləcək.
Müsahibəyə yazılma mərhələsi mayın 30-da başa çatacaq.
Müsahibələrin 10-31 may 2022-ci il tarixlərində ənənəvi formada
həyata keçirilməsi nəzərdə tutulur. Müsahibədən uğurla keçən
uşaqlar üçün məktəb və müəllim seçimi mərhələsi isə 11-18 iyun
tarixlərində keçiriləcək.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14
sentyabr 2022-ci il tarixində başa çatacaq.

Teqlər: