Rusiyada son sutkada koronavirusa 5 mindən çox yoluxma qeydə alınıb

Rusiyada son sutka ərzində koronavirusa 5 466 yoluxma halı qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu, 2020-ci il sentyabrın 13-dən bu günədək qeydə
alınan ən aşağı göstərici olub.

Rusiyada koronavirusa yoluxanların sayı 18,2 milyonu keçib.

Eyni zamanda, ötən gün ölkədə 125 nəfər həyatını itirib. Bu
günədək Rusiyada koronavirusdan ölənlərin sayı 376 min nəfəri
ötüb.