Sərkisyan beynəlxalq axtarışa verilir

Sərkisyan beynəlxalq axtarışa verilir

Ermənistanın Baş Prokurorluğu keçmiş müdafiə naziri Vigen Sərkisyanın beynəlxalq axtarışa verilməsi prosesinə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, o, hərbi qulluqçu və hərbi qeydiyyatda olmayan şəxslərə mənzil verməkdə ittiham olunur.

Məlumata görə, keçmiş müdafiə naziri bunu “siyasi təqibin göstəricisi” adlandırıb.

Qeyd edək ki, V.Sərkisyan 2016-cı il oktyabrın 3-də Seyran Ohanyanın yerinə müdafiə naziri təyin edilib, 2018-ci il mayın 8-də hakimiyyət dəyişikliyindən sonra tutduğu vəzifədən azad olunub.

Teqlər: