İranda hicaba görə yeniyetmələr həbs edildi

İranda hicaba görə yeniyetmələr həbs edildi

İranın Gilan əyalətinin Rəşt şəhərində 4 yeniyetmə qız məcburi hicab qaydalarını pozduqları üçün həbs ediliblər.

AzerTimes xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb.

Məlumatda şəhərin Gülsar məhəlləsində 4 yeniyetmənin sosial mediada hicabsız fotolarını paylaşdıqları üçün saxlanıldığı, barələrində cinayət işi açıldığı bildirilib.

Onların “ictimai qaydaları pozmaq və islami qaydalara qarşı çıxmaq”da günahlandırıldığı qeyd edilir.

Əlaqədar dövlət qurumları yeniyetmələrin harada və hansı şəraitdə saxlanıldığı barədə heç bir məlumat vermir.

Cavidan

Teqlər: