Sərhədlərin müəyyənləşməsi ilə Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşacaq – Ceyhun Bayramov

Xəbər - Elçin Mehdiyev – Trend:

Beynəlxalq sərhədlərin müəyyənləşməsi ilə Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşacaq.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan qonşu ölkələr üçün mühüm rol oynayır və qonşu ölkələr üçün danılmaz əhəmiyyətə malikdir. Azərbaycan Türkiyə və Gürcüstanla birgə iri infrastruktur layhələrinə imza atıb. Bu layihələrin nəticəsində pandemiya dövründə daşımaların sayı azalmadı, əksinə artdı:

“Vətən müharibəsi regionda əməkdaşlığın genişlənməsinə yeni üfüqlər açıb. Düşünürəm ki, beynəlxalq sərhədlərin müəyyənləşməsi ilə Ermənistanla Azərbaycan arasında münasibətlər normalaşalacaq. Bundan təkcə Azərbaycanla Ermənistan deyil, bütün region ölkələri faydalanacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: