Sərhədçilər narkotik bağlaması aşkarlayıblar (FOTO)

Aprel ayının 13-də saat 21:35 radələrində Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara
şəhəri ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində “Toyota Corolla” markalı 77-FE-378 dövlət nömrə nişanlı avtomobilin
əraziyə yaxınlaşması və içərisindən bir nəfərin düşərək sahibsiz
yarımtikilidən 1 ədəd bağlama götürməsi sərhəd naryadının diqqətini
cəlb edib.

Dövlət Sərhəd Xidmətindən AzerTimes-a verilən məlumata görə, ərazidən
uzaqlaşmağa cəhd edən şəxs sərhəd naryadı tərəfindən saxlanılmış,
onun Ağdam rayon sakini 1967-ci il təvəllüdlü Kərimov Qabil Tabil
oğlu olması müəyyənləşdirilmişdir.

Saxlanılan şəxsin əlindəki bağlamaya baxış zamanı içərisindən
ümumi çəkisi 1885 qram olan narkotik vasitəyə (1770 qram “heroin”
və 115 qram “marixuana”) bənzər maddələr aşkarlanaraq
götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: