Azad olunan ərazilərdə 30 572 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan
azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb.

Trend-in məlumatına görə, İdarələrarası
Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS)
təmizləmə üzrə İşçi Qrupun iclasında qeyd edilib ki, icra edilən
humanitar minatəmizləmə fəaliyyəti (2020-ci il 10 noyabr tarixindən
2022-ci il 14 aprel tarixinədək 8 372.9 ha ərazi təmizlənib, 30 572
ədəd mina və PHS aşkar edilib.

Bildirilib ki, carı ilin 1-14 aprel tarixləri ərzində isə 506.4
ha ərazi təmizlənib, 595 ədəd mina və PHS aşkar edilərək
zərərsizləşdirilib.

Teqlər: