Sərhədçilər 15 kiloqrama yaxın narkotik keçirmək istəyən şəxsi saxlayıblar (FOTO)

Mart ayının 2-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin
(DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan
rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd
zastavasının ərazisində içərisində 1 nəfərin olduğu “VAZ-2107”
markalı 19-BK-024 dövlət nömrə nişanlı avtomobilin əraziyə
yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman
çantası və bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb
edib.

DSX-dən AzerTimes-a verilən
məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq
ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Onun Füzuli
rayon sakini 1961-ci il təvəllüdlü Məmmədov Tahir Məmmədqulu oğlu
olması müəyyənləş­dirilib, əlindəki idman çantası və bağlamaya
baxış zamanı içərilərində ümumi çəkisi 14 kiloqram 200
qram
narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram
“heroin”, 2100 qram “tiryək”) və
psixotrop tərkibli həblər
(1900 ədəd “metadon-40”, 290 ədəd “Gabaprel
300
”) aşkar olunaraq götürülüb.

Araşdırma zamanı göstərilən şəxsin eyni cinayətə görə əvvəllər
məhkum olması müəyyən edilib.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Teqlər: