Bakıda Dünya Yaş Qrupları Yarışlarında iştirak etmək böyük məmnunluqdur – Qazaxıstan gimnastları

Xəbər - Cani Babayeva – Trend:

Bakıda Akrobatika Gimnastikası üzrə Dünya Yaş Qrupları
Yarışlarında iştirak etmək böyük məmnunluqdur.

Bunu Trend
yarışların iştirakçıları, Qazaxıstan gimnastları Zaxar Bazileviç və
Anton Qolubev deyib.

“Biz təsnifat mərhələsində çıxışımızdan razıyıq. Bakıda Milli
Gimnastika Arenası kimi gözəl zalda Akrobatika Gimnastikası üzrə
Dünya Yaş Qrupları Yarışlarında iştirak etməkdən çox məmnunuq”, –
deyə A.Qoluvbev bildirib.

Z.Bazileviç qeyd edib ki, sabahkı yarışlara mənəvi cəhətdən
hazırdırlar və yaxşı nəticə göstərəcəklərinə ümidvardırlar.

Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçiriləcək.

Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.

Yarışda idmançılar 12-18 və 13-19 yaş qrupları üzrə kişi
cütlükləri, qadın cütlükləri, qarışıq cütlüklər, kişi qrupları,
qadın qrupları balans, temp və qarışıq hərəkətlər proqramında
qüvvələrini sınayacaqlar.

Yarışda Azərbaycanı 12-18 yaş kateqoriyasında Rəsul Seyidli,
Rəvan Zeynallıdan ibarət kişi cütlüyü, Nəzrin Qasımova, Xanım
Məmmədzadədən ibarət qadın cütlüyü, Milana Əliyeva, Nizam
Xamidulindən ibarət qarışıq cütlük, Anahita Bashiri, Zəhra
Rəşidova, Nəzrin Zeyniyevadan ibarət qadın qrupu və 13-19 yaş
kateqoriyasında Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə
Məmmədzadədən ibarət qadın qrupu təmsil edəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: