Sərhəd görüşünün əsas müsbət istiqaməti budur – Deputat

Sərhəd görüşünün əsas müsbət istiqaməti budur – Deputat

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının noyabrın 30-da keçirilən iclasının əsas müsbət istiqaməti ondan ibarətdir ki, sülh müqaviləsinin imzalanmasına zəmin yarana bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, vaxt azlığından ilin sonuna kimi sülh müqaviləsinin imzalanması inandırıcı görünməsə də, məsələlərinin həlli üçün addımlar atıla bilər.

Deputat xatırladıb ki, delimitasiya komissiyalarının son görüşü sayca beşincisidir:

“İndiyə qədər dörd görüş keçirilib, ikisi sərhəddə – Qazax istiqamətində, digərləri isə Moskva və Brüsseldə baş tutub. Mühüm məqam odur ki, sonuncu görüş vasitəçi olmadan keçdi. Ermənistanın Qərbin təzyiqi ilə verdiyi təkliflər tərəfimizdən çözülür. Prinsiplərimiz ortadadır və çox aydındır. Sadəcə görüşlərin intensivləşməsi üçün müəyyən zaman lazımdır”.

Teqlər: