Elə analar var ki, 4 övladı haqda heç bir məlumat ala bilmir

Elə analar var ki, 4 övladı haqda heç bir məlumat ala bilmir

Qloballaşan dünyada bütün sahələrdə inkişaf üçün qadınların da bu proseslərdə geniş iştirakı təmin olunmalıdır. Bu gün dünyada çox sayda qadın və qızlar gender əsaslı zorakılığa məruz qalırlar.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (OmbudsmanOmbudsman) Səbinə Əliyeva Ümumilli lider Heydər Əliyevin 100-cü illiyinə həsr edilən Liatris Holding MMC-nin təşkilatçılığı ilə baş tutan “Qadına şiddətə son” sosial layihəsində deyib:

“Xüsusi vurğulamaq istərdim ki, bu gün Azərbaycanda 4000-ə yaxın taleyi məlum olmayan itkin soydaşımız var. Onların çoxu qadın və uşaqlardır. Soydaşlarımız haqqında heç bir məlumat ala bilmirik. Ombudsman olaraq fəaliyyətimiz genişdir. Amma mənim üçün ən ağrılı məqamlardan biri itkin düşən ailələrimizlə görüşdür.

Hər il Azərbaycanın müxtəlif guşələrində bu ailələrlə görüşürəm. Elə analarımız var ki, dörd övladı haqda heç bir məlumat ala bilmir.

Elə bacılarımız var ki, ailəsinin 7-8 üzvü haqqında qulağı səsdədir. Bu qadınlarımızın səsinin dünyaya çatdırılmasında, Ermənistana qarşı təsir mexanizmlərinin işə salınmasına dəstək olmaq istəyirəm. İtkin düşən qadın və uşaqlarımız istismara məruz qalıblar. Əzəli torpaqlarımızda bərpa, quruculuq işlərinə başlamışıq. Müxtəlif bölgələrimizdə kütləvi məzarlıqlarımız aşkar olunub. Təəssüf ki, qadın və uşaqlarımızın qalıqları müəyyən edilib”.

Teqlər: