Serbiya hökuməti mayın 3-dən etibarən koronavirus pandemiyası
ilə əlaqədar tətbiq edilən bütün ölkəyə giriş məhdudiyyətlərini
ləğv edib.
Trend xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin
mətbuat xidmətindən bildiriblər.
“Gecə yarısından etibarən, əcnəbilər kimi Serbiya vətəndaşları
da hansı ölkədən gəldiklərindən asılı olmayaraq, ölkəyə daxil
olarkən mənfi PCR testi, sürətli antigen testi, yoluxmanın
keçdiyinin təsdiqlənməsi və ya peyvənd sertifikatı tələb olunmur”,
– deyə açıqlamada deyilir.
Qeyd olunur ki, məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı
qərar ölkədəki “mövcud epidemioloji vəziyyətə əsasən” qəbul
edilib.