Ərdoğan bir sıra xarici lideri Ramazan bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı
münasibətilə bir sıra ölkələrin liderləri ilə telefon danışığı olub
və qarşılıqlı təbriklər diqqətə çatdırılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat
xidməti bildirib.

R.T.Ərdoğan Şimali Kipr Türkiyə Respublikasının Prezidenti Ersin
Tatar, İran Prezidenti İbrahim Rəisi, Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev, Küveyt Əmiri Navaf Xalid əl-Həməd əs-Sabah, Nigeriyanın
Prezidenti Məhəmməd Buxari, Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed
Əl Nahyan, Livanın baş naziri Nəcib Mikati, Pakistanın baş naziri
Şahbaz Şərif və İraqın baş naziri Mustafa əl-Kademi ilə telefonla
danışıb.

İsrail prezidenti İshaq Hersoq da Türkiyə dövlətinin başçısına
zəng edərək müsəlmanların müqəddəs Ramazan ayının başa çatması
münasibətilə təbrik edib.