İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Brentford”u darmadağın etdi

İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində “Mançester
Yunayted” doğma meydanda “Brentford”u qəbul edib.

Trend xəbər verir ki, oyun meydan sahiblərinin 3:0 hesablı
qələbəsi ilə başa çatıb. Oynda qolları Brunu Fernandeş, Kriştianu
Ronaldu və Rafael Varan vurublar.

Bu, K.Ronaldunun bu mövsüm Premyer Liqada vurduğu 18-ci qoludur. “Brentford” 37 yaşlı hücumçunun qol vurduğu 168-ci komanda
olub.

Bu matçdan sonra “qırmızı şeytanlar” 58 xalla turnir cədvəlində
altıncı yerdə qərarlaşıblar.

Teqlər: