Serbiya ordusu naməlum PUA-nı vurdu

Serbiya ordusu naməlum PUA-nı vurdu

Serbiya hərbçiləri ölkənin hava məkanında naməlum PUA-nı vurub.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA Raska qəsəbəsinə doğru uçub və hərbi obyektin yaxınlığında zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün ölkənin Baş naziri Ana Brnabiç sərhədləri yaxınlığında naməlum PUA-ların aşkarlandığını və eyni halın təkrarlanacağı halda zərbə endirəcəklərini bəyan edib.

Teqlər: