Ermənistan itkilərinin adbaad elanına başladı

Ermənistan itkilərinin adbaad elanına başladı

Ermənistan Müdafiə Nazirliyi 12-14 sentyabr tarixlərində sərhəddəki toqquşmada itkilərinin abbaad siyahısını dərc etməyə qərar verib.

AzerTimes xəbər verir ki, itkilərin gizlədilməsi barədə uzun müddətdir davam edən tənqidlərdən sonra ilk siyahı bu gün yayılıb.

Hərbi Sığorta Fondunun rəsmi saytında dərc olunan ilk siyahıya 93 nəfərin adı daxil edilib.

Qeyd edilir ki, 14 oktyabr 2022-ci ildə Ermənistan Baş naziri Nikol Paşinyan sentyabr toqquşmasında ölən və itkin düşənlərin sayının 210 nəfərə qalxdığını bildirmişdi.

26 sentyabrda isə Ermənistan parlamentinin sədri Alen Simonyan ölənlərin sayının 240 olduğunu bildirdi.

Bundan bir gün sonra – 27 oktyabrda isə Azərbaycan daha 10 erməni əsgərin meyitini qarşı tərəfə təhvil verdi.

Teqlər: