Sərbəst güləş millimiz Avropa çempionu oldu (FOTO)

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa
çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından AzerTimes-a verilən məlumata görə,
sərbəst güləşçilərimiz qitə birinciliyində tarixi uğura imza atıb.
Belə ki, yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və
Rövşən Hacıyevin rəhbərliyi altında yollanan yığmamız 7 medal
qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr
Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib
gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov
(79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib
çıxıb.

Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3
bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda
hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan
(149) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına
görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları
tarixində ən yaxşı göstəricisidir.

Teqlər: