SEPAH-la atışmada iki bəluc öldürüldü

SEPAH-la atışmada iki bəluc öldürüldü

İranın Sistan və Bəlucistan əyalətinin Sib və Suran bölgəsində SEPAH üzvləri ilə silahlı qarşıdurma yaşanıb.

AzerTimes xəbər verir ki, bu barədə bəluc fəallar məlumat yayıb.

Qarşıdurmada iki etnik bəluc öldürülüb.

Bildirilib ki, Əbdülhəmid Çarizehi və Nasir Çarizehi adlı silahlı şəxslər SEPAH üzvləri ilə atışmada həyatlarını itiriblər.

İranın rəsmi dövlət mediası hökumət nümayəndələrinə istinadən hadisəni təsdiq edərək, öldürülənlərin quldur olduqlarını yazıb.

Teqlər: