İsrailin yük gəmisi vuruldu

İsrailin yük gəmisi vuruldu

İsrail-HƏMAS arasında müvəqqəti atəşkəsin elanı ilə eyni vaxtda Hind okeanında israilli milyarderə məxsus yük gəmisi vurulub.

AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” xəbər agentliyi məlumat yayıb.

Agentlik ABŞ Müdafiə Nazirliyinin rəsmisinə istinadla gəminin İran pilotsuz uçuş aparatı ilə vurulduğunun ehtimal edildiyini bildirib.

Teqlər: