Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO)

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən məlumata görə, Şəmkir rayon Polis
Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda
şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən narkotik vasitə
olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan
istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci
illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4
mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif
məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları
oğrulması müəyyən edilib.


Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam
etdirilir.

Teqlər: