Bu gündən yaz semestri üçün təhsil kreditinə müraciətlərin qəbulu başlayıb

Xəbər - Humay Ağacanova – Trend:

2021-2022-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə
krediti almaq üçün müraciətlərin qəbulu başa çatır. Proses 16
fevral saat 00:00-dək davam edəcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu günədək
tələbə krediti üçün 5651 müraciət qeydə alınıb. Onlardan 2447-si
rəsmiləşdirilib, təhsil haqqı ödənilib.

Fevralın 16-dan cari tədris ilinin yaz semestri üçün təhsil
tələbə kreditinə müraciətlərin qəbuluna start veriləcək.

Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd
təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan
şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər
imkanların yaradılması və təhsilin əhatə dairəsinin
genişləndirilməsidir.

Teqlər: