Şəmkirdə marketdə 539 min 222 manat məbləğində pul mənimsənilib

Şəmkirdə marketdə 539 min 222 manat məbləğində pulun
mənimsənilməsi ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq bildiriblər ki, Şəmkir rayon sakini Ramin Əliyevin özünə
məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun
mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda
araşdırma aparılıb.

Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı
Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya
israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın
aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

Teqlər: