Ukraynanı tərk edənlərin sayı 4,8 milyon nəfərə çatır – BMT

Ukraynada hərbi əməliyyatların başladığı fevralın 24-dən aprelin
14-dək ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib.

Trend-in
məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı
bildirib.

Qeyd olunub ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan
gedib.

Bu günədək Polşaya 2,7 milyondan çox, Rumıniyaya 726 857,
Macarıstana isə 447 053 ukraynalı gedib.