Şəmkirdə bir ailənin 6 üzvü zəhərləndi

Şəmkirdə bir ailənin 6 üzvü zəhərləndi

Şəmkir rayonunda aralarında uşaqlar da olmaqla bir ailənin 6 üzvü zəhərlənib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb.

Kənd sakinləri – 1983-cü il təvəllüdlü M.Mehdixanov, 1978-ci il təvəllüdlü K.Məmmədova, 2008-ci il təvəllüdlü Z.Mehdixanova, 2011-ci il təvəllüdlü L.Mehdixanova, 2011-ci il təvəllüdlü Y.Məmmədov və 2017-ci il təvəllüdlü C.Məmmədov zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: