Azərbaycanda bu qədər xəstəyə böyrək köçürülməlidir

Azərbaycanda bu qədər xəstəyə böyrək köçürülməlidir

Azərbaycanda bütün xəstəliklər icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Xüsusilə icbari tibbi sığorta əhali arasında böyük tələfat verən xəstəliklərin müalicəsinə yönəlməlidir.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, ola bilər, bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin maliyyə vəsaiti bütün xəstəlikləri əhatə etməyə imkan verməsin, ancaq zamanla vəsaitlər artacaq – dövlət büdcəsindən, digər mənbələrdən vəsaitlər daxil olur.

“Bu gün minlərlə insan orqan transplantasiyası gözləyir. Biz bununla bağlı qanun qəbul etdik, bu istiqamətdə işlər davam edir. 1700-dən artıq xəstə böyrək transplantasiyası gözləyir”, – deyə Ə.Əmiraslanov əlavə edib.

Teqlər: