Şəmkirdə avtomobil ağaca çırpıldı: 5 yaralı var

Şəmkirdə avtomobil ağaca çırpıldı: 5 yaralı var

Şəmkir rayonunun Qasımalılar kəndində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb, xəsarət alanlar var.

AzerTimes Report-a istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü A.Zalov, 2004-cü il təvəllüdlü M.Cəfərova, 1986-cı il təvəllüdlü G.Cəfərova, 2004-cü il təvəllüdlü A.Orucova və 2008-ci il təvəllüdlü G.Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan A.Zalovun və M.Cəfərovanın vəziyyəti orta-ağır, digərlərinin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: