Vitse-spikerin Saakaşvili ilə görüşünə icazə verilmədi

Vitse-spikerin Saakaşvili ilə görüşünə icazə verilmədi

Polşa Seyminin vitse-spikeri Malqozheta Qoşevskaya nə Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili ilə, nə də “Mtavari” teleşirkətinin direktoru Nika Qvaramiya ilə görüşə icazə verilməyib.

AzerTimes xəbər verir ki, bu barədə Qoşevskaya özü məlumat verib.

Onun sözlərinə görə, bu qərarın əsaslandırılması zamanı ona bildirilib ki, o, həbsdə olanların ailə üzvü və ya deputat deyil:

“Mən Mixail Saakaşvili ilə görüşmək istəsəm də bir daha rədd edildim. Həmçinin “Mtavari” televiziyasının direktoru Nika Qvaramiya ilə görüşmək istədim, lakin eyni cavabı aldım. Fakt odur ki, ölkə prezidentinizin və ən böyük müxalifət televiziyalarından birinin direktorunun həbsdə olması Gürcüstan haqqında heç də yaxşı şey demir. Çox təəssüf edirəm ki, görüşlə bağlı növbəti dəfə imtina cavabı aldım və onların hansı şəraitdə olduğunu, səhətlərinin necə olduğunu görmək imkanım olmadı. Hökumətin izahatı mənim üçün tamamilə anlaşılmazdır, çünki əvvəlki illərdə dəfələrlə gürcü siyasi məhbuslara baş çəkmişəm və heç bir problem yaşamamışam. Bir daha deyim ki, Polşa dövləti humanitar məqsədlə dəfələrlə Mixail Saakaşvilini Polşaya ekstradisiya etməklə bağlı müraciət edib”.

Teqlər: