Şəmkirdə ata arvadını və qızını qətlə yetirib

Fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci
il təvəllüdlü Elməddin Həsənovun 1995-ci il təvəllüdlü arvadı Lalə
Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı
bıçaq zərbələri vuraraq öldürməsi barədə rayon prokurorluğuna
məlumat daxil olub.

Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq
əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə
yerinə və meyitlərə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən
maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə
uyğun qablaşdırılaraq götürülüb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin gün təxminən
saat 07 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında
hamilə vəziyyətdə olan arvadına və köməksiz vəziyyətdə olan azyaşlı
qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən
öldürüb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4,
120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi
başlanıb.


Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Teqlər: