Rusiyada koronavirusa yoluxanların sayı 14 milyonu keçib

Rusiyada ötən sutka ərzində koronavirusa 197 949 yoluxma halı
qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, ölkədə koronavirusa yoluxanların ümumi
sayı 14 133 509 nəfərə çatıb.

Son sutka ərzində həmçinin koronavirusdan 101 568 nəfər sağalıb,
729 nəfər isə vəfat edib.

Hazırkı dövrədək koronavirusdan sağalanların sayı 11 235 859
nəfər, ölənlərin saıy isə 340 248 nəfər təşkil edir.