Şəmkir sakini əmisi qızını qətlə yetirib

Xəbər - Samir Əli – Trend:

Şəmkir sakini əmisi qızını qətlə yetirib.

Şəmkir Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac
Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd
ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri
Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə
zamanı Aytac Piriyevaya bıcaq xəsarəti yetirərək qəsdən öldürməsinə
əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.


Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: